Meyit dalğıc-axtarış qrupu tərəfindən tapılaraq çıxarılıb
Xəzərdə batan şəxsin meyiti tapılıb. Fövqəladə Hallar Nazirliyindən (FHN) AYNA-ya verilən məlumata görə, iyulun 27-də Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən bir km aralı, nəzarətsiz ərazi) batan bir nəfərin axtarışları başa çatıb.
Batan şəxsin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.