Xəstəlik və siyasi manevr: Lukaşenkonu kim əvəzləyəcək?

Dünya

17.05.2023 - 22:26

Putinin xoşuna gəlmir, amma Lukaşenko nəzarəti əlində saxlayır: onun aradan götürülməsi Rusiya üçün faydadan çox riskdir

Mayın 9-da Moskvada Belarus rəhbəri Aleksandr Lukaşenko xəstə görünürdü - o, çətinliklə yerindən tərpəndi və tez də ölkəsinə qayıtdı. Daha sonra onun və bir neçə yaxınının virusa yoluxduğu barədə məlumatlar ortaya çıxdı. Sosial şəbəkələrdə Lukaşenkonun demək olar ki, son günlərini yaşadığı barədə şayiələr yayılmağa başladı. Bəziləri iddia edirlər ki, onun öləcəyi təqdirdə Belarusda rejimi saxlayacaq heç kim olmayacaq və ölkədə kütləvi etirazlar başlayacaq.

Əslində Lukaşenkonun səhhətinin pisləşməsi həm həqiqət, həm də siyasi manevr ola bilər. Batka uzun müddətdir manevr etməyə çalışır, bu göz qabağındadır. Və o, manevr sahəsinin daralmasını xoşlamır.

Nəzərinizə çatdırım ki, Lukaşenko müəyyən müqavilələr bağlamaq üçün Qərbə çıxış yolları axtarırdı. Həmçinin o, gərginliyin səviyyəsini azaltmaq və Belarus hərbi müxalifətinin Belarus ərazisini Lukaşenko rejimindən azad etmək, bu əraziyə mümkün keçid təhlükəsini aradan qaldırmaq üçün Ukraynaya fürsət və çıxış axtarır.

Amma Lukaşenkonun heç bir perspektivi yoxdur. Düşünürəm ki, o da, ətrafı da bunu başa düşür. Rusiyanın məğlubiyyəti ilə partizanlığın yayılmasının qarşısını almaq və ya onların danışdıqları atəşkəs rejiminə riayət etmək Belarus rejimini xilas edə biləcək bir məqsəddir.

Lukaşenkonun varisi yoxdur. Faktiki olaraq, güvənəcək heç kim yoxdur. Oğlunun nəzarətində olan təsir qrupu var - təhlükəsizlik qüvvələri, maraq qrupu, onun mətbuat katibi var – yəni ki, bir neçə kadr üzərində  öz təsir dairəsi var. Deyilənə görə, o, Lukaşenkonun mövqeyinə təsir edənlərdən biridir...

Lakin Belarusu Rusiya üçün düzgün istiqamətdə saxlayan Lukaşenkodur. Ölkədəki vəziyyətə az-çox nəzarət edən, siyasi və iqtisadi elitanı qane edən Lukaşenkodur. Lukaşenko olmasa, bu tarazlıq pozulacaq. Onda güc payını ala bilməyən klanlar müxalifətə keçib vəziyyəti tarazlaşdırmaq üçün oynaya, əhalini Belarusdakı növbəti rejimə və rus işğalına qarşı etiraza sövq edə bilərlərlər. Yəni ki, indiki vəziyyətdə Rusiya üçün ən yaxşı variant Lukaşenkonu saxlamaqdır.

Düzdür, Putinin xoşuna gəlmir, amma Lukaşenko nəzarəti əlində saxlayır: onun aradan götürülməsi Rusiya üçün faydadan çox riskdir.

Bununla belə, bir xəbərdarlıq var. Böyük ehtimal var ki, müəyyən müddətdən sonra Lukaşenko vəziyyətə nəzarət edə bilməyəcək, təsir rıçaqlarını əlində saxlaya bilməyəcək, təhlükəsizlik qüvvələrinə nəzarət edə bilməyəcək. Əgər belə bir mənzərə yaranarsa, ruslar bundan istifadə edəcəklər: Lukaşenkonu müflis kimi yox edəcəklər və öz adamlarını qoyacaqlar.

Rusların Belarus rəhbərliyində güvənəcəyi birisi var. Xüsusilə, bu, Belarus Respublikası Təhlükəsizlik Şurasının katibi Aleksandr Volfoviçdir. O, Belarus klanları arasında çoxları tərəfindən bəyənilmir. Buna görə də şansından istifadə etməyə çalışa bilər. Yəni ki, Belarusda hakimiyyəti ələ keçirən o ola bilər.

Müəllif: Vitali Kulik – Ukrayna Vətəndaş Cəmiyyəti Problemlərinin Öyrənilməsi Mərkəzinin direktoru.

Mənbə: UNİAN

Tərcümə AYNA-ya məxsusdur.

Müəllif: Ayna.az