“Vaşinqton yalnız öz maraqlarını düşündüyü müddətdə İran ABŞ-la danışıqlar aparmayacaq”
“Vaşinqton yalnız öz maraqlarını düşündüyü müddətdə İran ABŞ-la danışıqlar aparmayacaq”. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu sözləri İranın Ali Rəhbəri Ayətullah Əli Xamenei ölkə rəsmiləri ilə görüşündə deyib.
Xamnei ABŞ Prezidenti Donald Trampın Tehranın nüvə proqramı ilə bağlı danışıqlar təklifi ilə bağlı məktubuna belə cavab verib: “Bəzi vicdansız hökumətlər problemləri həll etmək üçün deyil, öz maraqlarını sırımaq üçün danışıqlar aparırlar. İran İslam Respublikası şübhəsiz ki, onların ümidlərini doğrultmayacaq”.
Qeyd edək ki, martın 7-də Ağ Ev rəhbəri Tehranla sülh razılaşmasına ümid etdiyini bildirib. Lakin onun fikrincə, “problemi həll edə biləcək” başqa variant da istisna deyil. Amerika lideri Xameneiyə məktub ünvanladığını qeyd edib. Məktubda İran danışıqlara çağırılır.