Xalq artisti Səməd Səmədov vəfat edib

Xəbərlər

24.07.2021 - 19:01

Sənətçi koronavirusdan dünyasını dəyişib

 

Azərbaycanın xalq artisti Səməd Səmədov vəfat edib. AYNA xəbər verir ki, bu barədə APA-ya müğənni Tural Qismət bildirib.

 

Qeyd edək ki, S. Səmədov bu gün koronavirusdan dünyasını dəyişib.

 

Tanınmış estrada müğənnisi Səməd Səmədov 1946-cı il sentyabrın 17-də Aşqabadda anadan olub. 1948-ci ildə zəlzələ nəticəsində ailəsi ilə birlikdə Bakıya, İçərişəhər məhəlləsinə köçüb.

 

1988-ci ildən toylarda çıxış edən Səməd Səmədov əhali arasında "Toylar Kralı" kimi tanınırdı.

 

2011-ci ildə Xalq artisti fəxri adına layiq görülüb.

Müəllif: Ayna.az