Xalq artisti reanimasiyaya yerləşdirilib

Mədəniyyət

28.12.2019 - 13:51

Onun vəziyyəti ağır stabil qiymətləndirilir

 

Azərbaycanın Xalq artisti, Milli Konservatoriyanın professoru, kaman ustası Fəxrəddin Dadaşov xəstəxanaya düşüb.

 

AYNA xəbər verir ki, Ə.D.Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanasından “Qafqazinfo”ya verilən məlumata görə, sənətkar dekabrın 27-də saat 20:40 radələrində beyin-qan dövranının kəskin pozulması, şəkərli diabet diaqnozu ilə reanimasiya şöbəsinə yerləşdirilib.

Xalq artisti reanimasiyaya yerləşdirildi

Xalq artistinin vəziyyəti ağır stabil qiymətləndirilir. 

Müəllif: Ayna.az