Xaçmazda 20 kiloqram narkotik dövriyyədən çıxarılıb

Xəbərlər

09.08.2022 - 11:26

Həkimlər Klinikalar SEO Xidməti

Məhkəmənin qərarı ilə Allahquliyevin barəsində həbs qətimkan tədbiri seçilib

Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan AYNA-ya verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini, Samir Allahquliyevin üzərinə və yaşadığı evə baxış keçirilən zaman oradan 20 kiloqramdan artıq marixuana və 20 ədəd yaş vəziyyətdə çətənə (kannabis) bitkiləri aşkar edilib.

Faktla bağlı Xaçmaz RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə S.Allahquliyevin barəsində həbs qətimkan tədbiri seçilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş