Xaçmaz polisi əməliyyat keçirib

Xəbərlər

16.01.2025 - 12:53

Narkotiklə bağlı iki nəfər həbs edilib

Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan AYNA-ya verilən məlumata görə, rayon sakinləri Kamal Hacıyev və Əlixan İsmayılov saxlanılıblar.

Həmin şəxslərdən ümumilikdə 3 kiloqram marixuana aşkarlanaraq götürülüb.

Faktlarla bağlı cinayət işi başlanılıb və hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş