İspaniyalı mütəxəssislə 30 iyun 2028-ci ilədək sözləşmə imzalanıb
La Liqa nəhənglərindən "Real Madrid"in yeni baş məşqçisinin adına aydınlıq gəlib. AYNA.AZ Apasport.az-a istinadən xəbər verir ki, bu barədə klubdan bildirilib.
Karlo Ançelottini Xabi Alonso əvəzləyib.
İspaniyalı mütəxəssislə 30 iyun 2028-ci ilədək sözləşmə imzalanıb. Müqavilə 2025-ci il iyunun 1-dən qüvvəyə minəcək.
Qeyd edək ki, Alonso 2009-2014-cü illərdə "Real"da forma geyinib.