“X” platformasına böyük kiberhücum olub

Dünya

11.03.2025 - 09:14

Həkimlər Klinikalar SEO Xidməti

“Bizə hər gün hücum edilir və bu, çoxlu resurs hesabına edilib”

Amerikalı iş adamı İlon Mask onun “X” sosial şəbəkə platformasına böyük kiberhücumun edildiyini açıqlayıb.

“X”a qarşı genişmiqyaslı kiberhücum olub. Bizə hər gün hücum edilir və bu, çoxlu resurs hesabına edilib”, – AYNA.AZ xəbər verir ki, Mask öz səhifəsində yazıb.

O hesab edir ki, sosial şəbəkəyə edilən kiberhücum böyük koordinasiyalı qrupun və ya bütöv bir dövlətin resursları hesabına həyata keçirilib.

Mask həmçinin əlavə edib ki, mütəxəssislər hazırda kiberhücumun mənbəyini araşdırırlar.

Dünən gün ərzində müxtəlif ölkələrdən olan istifadəçilər sosial şəbəkədə problemlər barədə məlumat veriblər. Saytda və mobil proqramda problemlər yaranıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş