Vitse-prezident: ““Taliban” qarşısında baş əyməyəcəm”

Xəbərlər

18.08.2021 - 13:14

Əmirullah Salehi: “Onlarla bir səmanın altında yaşamaq niyyətində deyiləm”

 

“Mən “Taliban” terrorçuları qarşısında heç vaxt baş əyməyəcəyəm. Onlarla bir səmanın altında yaşamaq niyyətində deyiləm. AYNA xarici mediaya istinadən bildirir ki, bu sözləri Əfqanıstanın vitse-prezidenti Əmirullah Salehi deyib.

 

Qeyd edilir ki, Salehi özünə sadiq olan silahlı dəstə ilə Pəncşər vilayətinə gedib və əfsanəvi səhra komandiri məhrum Əhməd Şah Məsudun oğlunun rəhbərlik etdiyi silahlı dəstəyə qoşulub.

 

Vitse-prezident sosial şəbəkələr vasitəsilə xalqa müraciət edərək əfqan xalqını “Taliban”a qarşı mübarizəyə səsləyib.

 

Xatırladaq ki, Məsud uzun illər boyu Əfqanıstanın müstəqilliyi uğrunda Sovet İttifaqına qarşı mübarizə aparıb və sui-qəsd nəticəsində qətlə yetirilib. Onu Əfqanıstanda “Pəncşər aslanı” adlandırırdılar.

 

 

Müəllif: Ayna.az