Vilayət Eyvazov bölmə rəisini işdən çıxarıb

Xəbərlər

29.01.2021 - 14:42

Həmin vəzifəyə hələlik təyinat yoxdur

 

Bakıda polis bölməsinin rəisi işdən çıxarılıb. AYNA “Report”a istinadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

 

Əmrə əsasən, Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı İman Mehdiyev vəzifədən azad edilərək sərəncama göndərilib. Həmin vəzifəyə hələlik təyinat yoxdur.

Müəllif: Ayna.az