Vens: “Bizim sülh təklifimiz var”

Dünya

02.05.2025 - 07:57

Həkimlər Klinikalar SEO Xidməti

 “Rusların istədikləri ilə ukraynalıların istədikləri arasında çox böyük uçurum var”

ABŞ yaxın 100 gün ərzində Ukraynada münaqişə tərəfləri arasında birbaşa danışıqlar təşkil etmək niyyətindədir. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə ABŞ-ın vitse-prezidenti J.D.Vens deyib.

“Bizim sülh təklifimiz var və biz qarşıdakı 100 gün ərzində tərəfləri danışıqlar masasına oturtmaq üçün ağır işi görəcəyik”, Vens “Fox News”a müsahibəsində bildirib.

Eyni zamanda, Vens qeyd edib ki, Moskva və Kiyevin mövqelərini bir-birinə yaxınlaşdırmaq üçün iş görülməlidir: “Çünki rusların istədikləri ilə ukraynalıların istədikləri arasında çox böyük uçurum var”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş