Vəkilliyə 54 nəfər namizəd icbari təlimə buraxılıb

Xəbərlər

03.11.2023 - 13:31

cedabet dərman SEO Xidməti

İcbari təlimlə bağlı namizədlərə əlavə məlumat veriləcək

Vəkilliyə qəbul üzrə ixtisas imtahanının yazılı test mərhələsindən müvəffəqiyyətlə keçmiş vəkilliyə namizədlərin peşə yararlılığının yoxlanılması məqsədilə 19.09.2023-31.10.2023-cü il tarixlərində ixtisas imtahanının şifahi müsahibə mərhələləri keçirilib. Şifahi müsahibə mərhələsində 65 vəkilliyə namizəd iştirak edib. AYNA xəbər verir ki, bu barədə Vəkillər Kollegiyasından bildirilib.

Qeyd olunub ki, imtahanların nəticəsinə görə, Vəkillərin İxtisas Komissiyasının peşə yararlılığına dair rəyini almış 54 nəfər vəkilliyə namizəd icbari təlimə buraxılıb.

29 noyabr 2023-cü il tarixində saat 09:00-da Ədliyyə Akademiyasında keçirilməyə başlayacaq icbari təlimlə bağlı namizədlərə əlavə məlumat veriləcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş