Türkiyə lideri Nümayəndələr Palatası tərəfindən qəbul edilən qanun layihəsinə sərt etiraz edib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Donald Tramp arasında baş tutan görüşdə diqqətçəjən anlar yaşanıb. AYNA xarici mətbuata istinadən xəbər verir ki, Amerikalı senator Lindsey Qraham, ABŞ Nümayəndələr Palatasının qondarma “erməni soyqrımı”nı qəbul edən qanun layihəsinin yenidən müzakirəsinə mane olub.
Senator iddia edib ki, ABŞ-ın xarici siyasətində insan haqlarının pozulması, insanlığa qarşı cinayətlər, etnik təmizləmə və soyqırımı ilə bağlı dürüst qərarlar qəbul olunub.
Rəcəb Tayyib Ərdoğan isə, görüşdən sonra baş tutan baş tutan mətbuat konfransında Nümayəndələr Palatası tərəfindən qəbul edilən qanun layihəsinə sərt etiraz edib.
Qeyd edək ki, ABŞ Nümayəndələr Palatası Osmanlı İmperiyasının 1915-ci il hadisələrini “erməni soyqırımı” kimi qəbul edən qanun layihəsini təsdiq etmişdi.