Van gölündən 25 cəsəd çıxarılıb

Dünya

12.07.2020 - 20:49

Batan qayıda olan insanların meyitləri çıxarılır

 

Türkiyədə Van gölündə batan qayıqdakı insanların cəsədləri çıxarılıb. AYNA xəbər verir ki, cəsədlərin sayı 25-a çatıb. Qayıq batarkən orada 55-60 qaçqının olduğu bildirilir.

 

Qeyd edək ki, Milli Müdafiə Nazirliyinin birinci dərəcəli dalğıc ekipajı sualtı axtarış cihaz sistemindən istifadə etməklə qayığın 107 metr dərinlikdə olduğunu müəyyən edib. Axtarışlar bu heyət tərəfindən həyata keçirilir.

 

Baş verən ağır faciə ilə əlaqədar cinayət işi açılıb. Qanunsuz miqrasiyada şübhəli bilinən iki nəfərin saxlanıldığı bildirilir.

Müəllif: Ayna.az