ÜST Trampın sevimli dərmanını qadağan etdi

Dünya

26.05.2020 - 15:53

ABŞ lideri isə hələ də ölkəsində dərmandan istifadəni üstün tutur

 

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirir ki, malyariyaya qarşı istifadə olunan “Hydroxychloroquine” dərmanı koronavirusun müalicəsi üçün yararsızdır. Təşkilat hətta dərmanın müalicə üsulu kimi sınağının təhlükəsizlik səbəbindən dayandırılmasını tövsiyə edib. Bildirilib ki, dərmanın əks təsirləri effektindən çoxdur.

 

AYNA xarici mediaya əsasən xəbər verir ki, artıq dərmanı sıx tətbiq edən bir neçə ölkə göstərişə əməl edib.

 

Qeyd edək ki, adı çəkilən dərmanı ən çox ABŞ Prezidenti Donald Tramp təbliğ edirdi. O, dərmanı virusdan qurtarmaq üçün aldığını söyləyir. ABŞ lideri ÜST-ün tələblərinə inad edərək, hələ də ölkəsində dərmandan istifadəni üstün tutur.

Müəllif: Ayna.az