ÜST təmsilçisi: “İlin sonunadək peyvənd istifadəyə veriləcək”

Xəbərlər

25.06.2020 - 17:37

cedabet dərman SEO Xidməti

Hande Harmancı: ““Dekzametazon” dərmanı ölüm hallarının nisbətini azaldıb”

 

Son 24 saat ərzində dünyada 180 min adan koronavirusa yoluxub. Bu da o deməkdir ki, pandemiyanın yayılma sürəti artır.

 

AYNA xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bugünkü brifiqində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan üzrə nümayəndəsi Hande Harmancı deyib.

 

O bildirib ki, hazırda Avropada vəziyyət düzəlməyə doğru getsə də, qlobal səviyyədə vəziyyət ürəkaçan deyil: “Avropada bu xəstəliyə yoluxanların 21 faizi tibb işçisi, ölənlərin 95 faizi isə yaşlı insanlardır”.

 

“Buna baxmayaraq, dünyada peyvəndin hazırlanması üzrə işlər gedir. ÜST klinik qiymətləndirmə üçün 10 peyvəndin üzərində iş aparır və qiymətləndirmə mərhələsindədir. Hətta, bir peyvənd artıq sınağın son mərhələsindədir və ümid edirik ki, cari ilin sonuna qədər həssas qruplar və tibb işçiləri üçün bu peyvənd istifadəyə veriləcək. Bir yaxşı xəbər isə “Dekzametazon” dərmanı ilə bağlıdır ki, bu dərman ölüm hallarının nisbətini azaldıb və bu, xəstəliklə mübarizədə böyük nailiyyətdir”, - deyə ÜST təmsilçisi əlavə edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş