ÜST “Pfizer” şirkəti ilə müqavilə imzalayıb

Dünya

23.01.2021 - 06:47

Həkimlər Klinikalar SEO Xidməti

Tedros Adhanom Qebreyesus: “COVAX” proqramı çərçivəsində peyvəndlərin paylanmasına fevral ayında başlanılacaq”. 

 

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) “COVAX” proqramı çərçivəsində 40 milyon doza COVID-19 peyvəndini tədarük etmək üçün Pfizer/BioNTech ilə müqavilə imzalayıb.

 

AYNA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə ÜST-ün Baş direktoru Tedros Adhanom Qebreyesus bildirib.

 

Baş direktor qeyd edib ki, bundan əlavə, 150 milyon doza AstraZeneca/Oxford peyvəndinin çatdırılması gözlənilir: “COVAX” proqramı çərçivəsində peyvəndlərin paylanmasına fevral ayında başlanılacaq”. 

 

“Pfizer”in İdarə Heyətinin baş icraçı direktoru Albert Burla bildirib ki, bu il 2 milyard doza peyvəndin göndərilməsi planlaşdırılıb: “Şirkət bu ilin birinci rübündə peyvəndlərin göndərilməsinə başlayacaq”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş