ÜST COVID-19-la bağlı son statistikanı açıqlayıb

Dünya

03.06.2021 - 08:43

Həkimlər Klinikalar SEO Xidməti

Yoluxma sayına görə ABŞ birinci yerdədir 

 

Dünyada son bir gündə koronavirusa 371 mindən çox yoluxma qeydə alınıb. AYNA xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı bildirib.

 

Son məlumata əsasən bir gün ərzində infeksiyaya yoluxma ilə bağlı 371 489 hal qeydə alınıb, COVID-19-dan 8 745 pasiyent ölüb. Beləliklə, dünyada COVID-19-a yoluxma hallarının ümumi sayı 170 812 850, ölüm hallarının sayı 3 557 586 təşkil edir.

 

Təhlükəli virusa ən çox yoluxma ABŞ-da qeydə alınıb. Bu ölkədə 32 942 677 nəfər virusa yoluxub. Siyahıda daha sonra Hindistan (28 307 832) və Braziliya (16 545 554) gəlir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş