Yoluxmanın 55%-dən çoxu Cənub-Şərqi Asiyanın payına düşür
Dünyada son sutka ərzində 515 104 nəfər koronavirusa yoluxub, 11 014 nəfər ölüb.
AYNA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının son hesabatında bildirilib.
Dünya üzrə ümumilikdə isə rəsmi olaraq 163 312 429 yoluxma hadisəsi, 3 386 825 ölüm faktı qeydə alınıb.
Son 24 saat ərzində yoluxmanın 55%-dən çoxu Cənub-Şərqi Asiyanın (284 259) payına düşür. Digər yerləri isə Şimali və Cənubi Amerika (119 804) ilə Avropa (54 641) bölüşür.