ÜST Azərbaycana meymunçiçəyi virusunu təsbit edən test göndərəcək

Xəbərlər

20.06.2022 - 15:28

Həkimlər Klinikalar SEO Xidməti

Hazırda hansı növ testin Azərbaycana gətirilməsi müzakirə olunur

"Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) qısa zaman ərzində Azərbaycana meymunçiçəyi virusunu təsbit edə biləcək testlər göndərəcək". AYNA "Report"a istinadən xəbər verir ki, bunu ÜST-ün Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib.

Onun sözlərinə görə, Azərbaycan hökuməti testlərin gətirilməsi üçün müraciət edib: "Çox qısa zaman ərzində Azərbaycana testlər gətiriləcək. Virusu aşkarlamaq üçün bir neçə test növü var. Hazırda hansı növ testin Azərbaycana gətirilməsi müzakirə olunur. Bu müzakirələri Səhiyyə Nazirliyi və TƏBİB-lə birgə aparırıq. Təxminən minlərlə belə testin gətirilməsi nəzərdə tutulub. Onu da qeyd edim ki, hazırda Azərbaycanda həmin virusla bağlı təhlükə yoxdur".

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş