Kiyev ölkənin bərpası ilə bağlı layihələr sənədi təqdim edib
Ukrayna münaqişədən sonra dövlətin bərpasına yönəlmiş layihələri əks etdirən sənədi Türkiyəyə təhvil verib. AYNA.AZ xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
“Ukrayna Türkiyə tərəfinə 2025-ci il üçün nəzərdə tutulan layihələrin sənədləri təhvil versə də, aprel və may aylarında təxirəsalınmaz layihələr üçün tender elan olunacaq”, - bildirilib.
Qeyd olunub kui, sənəd enerji və enerji səmərəliliyi sahəsində layihələr, sosial ev layihələri və su təchizatı layihələrini əhatə edir.
“Türkiyə” qəzeti xatırladır ki, ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna lideri Volodimir Zelenski ilə görüşdə Ukraynanın bərpasına kömək etməyə hazır olduğunu bəyan edib.