"Ukraynadakı böhranın dinc yolla həllinə yardım etməyə hazırıq" - İran XİN

Dünya

17.02.2022 - 21:31

Həkimlər Klinikalar SEO Xidməti

Hüseyn Əmir Abdullahiyan: "Hər bir yardım və addımı atmağa hazırıq"

İran Ukraynadakı problemin həllinə yardım etməyə hazırdır. AYNA-nın məlumatına görə, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Ukrayna xarici işlər naziri Dmitri Kuleba ilə telefon danışığında deyib.

H. Əmir Abdullahiyan bildirib ki, İran bölgədə sülh və sabitliyin tərəfdarıdır: "Ümid edirik Rusiya və Ukrayna əlaqələrində yaranmış böhran danışıqlar və diplomatik yollarla üçüncü ölkələrin müdaxiləsi olmadan öz həllini tapacaq. İran böhranın dinc yolla həllinə yardım etməyə hazırdır. Bunun üçün hər bir yardım və addımı atmağa hazırdır."

D.Kuleba deyib ki, biz müharibə istəmirik və məsələnin dinc və diplomatik yollarla həll edilməsinin tərəfdarıyıq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş