Ukraynada koronavirusla bağlı yeni antirekord

Dünya

30.07.2020 - 11:54

Bir gündə ölkədə 1119 yeni yoluxma halı baş verib, 23 xəstə vəfat edib

 

Ukraynada koronavirusla bağlı yeni antirekord qeydə alınıb. AYNA xarici mətbuata istinadən bildirir ki, bir gündə ölkədə 1119 yeni yoluxma halı baş verib, 23 xəstə vəfat edib. Ən böyük artım paytaxt Kiyevdə, Lvov bölgəsində və Rovnenski bölgəsində aşkarlanıb.

 

Bununla da Ukraynada pandemiya müddətində COVID-19-a yoluxanların sayı 68 min 794 nəfərə çatıb. 1673 xəstə ölüb, 38 min 154 xəstə sağalıb.

Müəllif: Ayna.az