Martın 31-dək yumşaldılmış karantin müddəti hökm sürəcək
Ukraynada koronavirusla bağlı (COVID-19) yanvarın 8-dən tətbiq olunan sərt karantin rejimi yanvarın 25-i 00:00-dan ləğv edilir. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə qərar ölkənin Nazirlər Kabinetinin iclasında qəbul olunub.
Qərarda qeyd edilib ki, martın 31-dək yumşaldılmış karantin müddəti hökm sürəcək. Bu müddətdə ticarət-əyləncə mərkəzləri, idman zalları, fitnes-mərkəzləri, hovuz, kino və teatrların fəaliyyəti, kütləvi tədbirlərin keçirilməsi mümkün olacaq.
Kafe və restoranlar saat 07:00-dan 23:00-dək fəaliyyət göstərəcək.