Zelenski ABŞ-la istənilən konstruktiv münasibətlər formatına hazır olduğunu vurğulayıb
Ukrayna Prezidenti Volodimir Zelenski Amerika lideri Donald Trampı “real problemləri həll etməyə” dəvət edəcəyi təqdirdə onunla görüşməyə hazır olduğunu açıqlayıb. AYNA.AZ xəbər verir ki, Ukrayna liderinin fikirlərini “Bloobmberg” yayıb.
“Biz bərabər dialoqa layiqik... Əgər ABŞ Prezidenti konstruktiv dialoqa, real problemlərin həllinə, ciddi suallara və real, qətiyyətli hərəkətlərə və cavablara dəvət etsə, mən Ağ Evə gələcəm”, - deyə Zelenski bildirib.
Ukrayna lideri ABŞ-la istənilən “konstruktiv münasibətlər” formatına hazır olduğunu vurğulayıb.