Məlumata görə, son sutka ərzində rayonda azı 10 fərdi evə ziyan dəyib
Ukrayna ordusu Xarkov vilayətinin İzyum rayonunun Dmitrovka kəndini Rusiya hərbçilərindən geri alıb. AYNA xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı "Facebook"da məlumat yayıb.
Həmçinin müxtəlif istiqamətlərdə bir neçə hücum cəhdi də dəf edilib.
Xatırladaq ki, iyunun 16-da Rusiya hərbçiləri Xarkov vilayətini yenidən atəşə tutub, iki nəfər yaralanıb. Ümumilikdə, son sutka ərzində rayonda azı 10 fərdi evə ziyan dəyib, məktəb və yaşayış binası dağılıb.