Ukrayna Buçada qətliam törədən rusların siyahısını açıqlayıb

Dünya

04.04.2022 - 15:53

Həkimlər Klinikalar SEO Xidməti

"Bütün hərbi cinayətkarlar mülki əhaliyə qarşı törədilmiş cinayətlərə görə cavab verəcəklər"

Ukrayna hərbi kəşfiyyatı Kiyev vilayətinin Buça şəhərində Ukrayna xalqına qarşı hərbi cinayətlər törətmiş Rusiyanın 64-cü motoatıcı briqadasının əsgərlərinin siyahısını əldə edib və ictimaiyyətə açıqlayıb. AYNA UNİAN-a istinadən bildirir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyindən məlumat verilib.

"Hər bir ukraynalı onların adlarını bilməlidir! Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi Buça şəhərində Ukrayna xalqına qarşı hərbi cinayətlər törətmiş 64-cü motoatıcı briqadanın hərbçilərinin siyahısını əldə edib", - məlumatda vurğulanıb.

Müdafiə Nazirliyi qeyd edib ki, bütün hərbi cinayətkarlar Ukraynanın mülki əhalisinə qarşı törədilmiş cinayətlərə görə cavab verəcəklər.

Qeyd edək ki, aprelin 2-də axşam saatlarında Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bütün Kiyev vilayətinin rus işğalçılarından tam azad edildiyi barədə məlumat yayıb. Bundan sonra rusların Buça şəhərindəki qeyri-insani hərəkətləri, vəhşilikləri haqqında məlumatlar ortaya çıxıb. Məlum olub ki, rusiyalı hərbçilər Buçada dinc insanları vəhşicəsinə öldürüb, zorlayıb, təhqir edib, işgəncə veriblər. Buçada təmizləmə zamanı ukraynalı müdafiəçilər zorakı ölüm əlamətləri olan 280-dən çox mülki vətəndaşın cəsədi olan kütləvi məzarlıq tapıblar. İşğalçıların yandırmağa vaxt tapmadığı yol kənarlarında güllələnmiş qadınların cəsədləri də diqqət çəkib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş