UEFA “Qarabağ”la oyuna görə “Marsel”i cərimələyib

İdman

08.03.2022 - 03:34

Həkimlər Klinikalar SEO Xidməti

Komanda 20 000 dollar cərimə olunur

UEFA Fransanın “Marsel” Futbol Klubunu 44 250 dollar cərimələyib. AYNA-nın xəbərinə görə, buna səbəb “Qarabağ”la oyunda baş vermiş insidentdir.

UEFA-nın qərarında göstərilir ki, təxribatçı və siyasi şüarlara görə, komanda 20 000 dollar cərimə olunur. Qərarda azarkeşlərin “Qarabağ Ermənistandır” yazılmış şüarı stadiona keçirməsi göstərilir.

Bundan əlavə komanda tamaşaçıların hərəkətinin düzgün təşkil olunmaması və azarkeşlərin partlayıcılardan istifadəsinə görə də əlavə olaraq 24 250 dollar cərimə ödəməlidir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş