Çağırış ünvanlarına Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qüvvələri cəlb olunub
Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 “qaynar xətt”inə Bakı şəhərinin Nərimanov rayonu üzrə ayrı-ayrı ünvanlarda liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 3 müraciət daxil olub.
FHN-in mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, dərhal çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 3 nəfərin liftdən çıxarılması təmin edilib.