Üç hakimin səlahiyyətinə vaxtından əvvəl xitam verilib

Xəbərlər

30.06.2022 - 20:27

Prezident İlham Əliyev Sərəncam imzalayıb

Prezident İlham Əliyev bir sıra birinci instansiya məhkəmələri hakimlərinin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi haqqında Sərəncam imzalayıb.

AYNA xəbər verir ki, Sərəncama əsasən, Aşağıdakı hakimlərin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilir:

Bağırov Məhəmməd Abduləli oğlu – Füzuli Rayon Məhkəməsinin hakimi və sədri

Əmirxanova Kəmalə Fərman qızı – Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi

Mustafayev Nofəl Qara oğlu – Tovuz Rayon Məhkəməsinin hakimi.

Müəllif: Ayna.az