TürkPA-nın adı dəyişdirilib

Xəbərlər

24.06.2022 - 13:33

Həkimlər Klinikalar SEO Xidməti

Təşkilatın adı Türk Dövlətlərinin Parlament Assambleyası ilə əvəzlənib

Qırğız Respublikasının Çolpon-Ata şəhərində Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) Şurasının XI plenar iclası başa çatıb. AYNA xəbər verir ki, iclasda təşkilatın adı Türk Dövlətlərinin Parlament Assambleyası ilə əvəzlənib.

Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova deyib ki, Türkdilli Ölkələrin Parlament Assambleyasının XI plenar iclasında mühüm məsələlərdən biri də TürkPA-nın adının dəyişdirilməsidir: “Bu, tarixi hadisədir”.

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop isə türk dövlətləri arasında əməkdaşlığın daha da intensivləşdirilməsinin vacibliyini vurğulayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş