Türkiyənin dövlət orqanlarında koronavirus həyəcanı

Dünya

11.03.2020 - 12:07

cedabet dərman SEO Xidməti

Kişi cinsindən olan xəstə Avropadan gəlib

 

Türkiyə də koronaviruslu xəstə qeydə alınan ölkələr sırasına daxil olub. AYNA Türkiyə mediasına əsasən xəbər verir ki, ölkədə koronaviruslu xəstənin aşkarlanmasının ardınca dövlət orqanları təcili toplanacaq. 

 

Toplantı Türkiyə Səhiyyə naziri Fəxrəddin Qoca, Mədəniyyət və Turizm naziri Mehmet Nuri Ersoy və Ticarət naziri Ruhsar Pekcanın iştirakı ilə baş tutacaq.

 

Məlumatda bildirilir ki, kişi cinsindən olan xəstə Avropadan gəlib. Həmin şəxsin harada saxlanıldığı və adı anonim saxlanılır. Ünsiyyətdə olduğu ailəsi, yaxınları karantinə alınıb.

 

Qeyd edək ki, hazırda dünyada 114 min insan virusa yoluxub, 106 ölkə koronaviruslu xəstələrini müalicəyə cəlb edib. Xəstəlik 4 mindən çox insanın canını alıb. 70 minə yaxın  insan isə sağala bilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş