Rasim Özdənörən 82 yaşında dünyasını dəyişib
Türkiyəli məşhur yazıçı Rasim Özdənörən vəfat edib. AYNA xəbər verir ki, o, Ankara Universiteti Tibb Fakültəsi Xəstəxanasında 82 yaşında dünyasını dəyişib.
Rasim Özdənörən 1940-cı il mayın 20-da Türkiyənin Kahramanmaraş vilayətində anadan olub. O, 30-a yaxın kitabın müəllifidir. “Çarpılmışlar”, “Yaşadığımız günlər”, “Ədəbiyyat və həyat” kimi kitabları müəllifə məşhurluq gətirib.