Türkiyədəki yanğınlarda zərərçəkənlər arasında azərbaycanlı yoxdur

Xəbərlər

30.07.2021 - 10:45

XİN: “Hər hansı azərbaycanlının ölümü və ya xəsarət alması barədə məlumat daxil olmayıb”

 

Türkiyənin turizm zonalarındakı meşə yanğınlarında azərbaycanlılar arasında həlak olan və xəsarət alanlar yoxdur. AYNA xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidməti İdarəsindən bildirilib.

 

Qeyd olunub ki, XİN-ə hər hansı azərbaycanlının ölümü və ya xəsarət alması barədə məlumat daxil olmayıb.

 

Xatırladaq ki, Türkiyənin Antalya şəhəri və ətraf ərazilərdə başlayan yanğın geniş əraziyə yayılıb və digər şəhərlərə keçib. Meşə yanğınları nəticəsində dörd nəfər ölüb, xeyli heyvan tələf olub, onlarla ev, iaşə obyektləri yararsız vəziyyətə düşüb.

Müəllif: Ayna.az