Hər iki təkanlarda dağıntı və ciddi təhlükələrin olmadığı bildirilib
Türkiyədə Antalya vilayətinin Kumluca rayonunda 4,5 bal gücündə zəlzələ olub.
AYNA Türkiyə mediasına istinadən bildirir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyindən (AFAD) məlumat verilib.
Bildirilib ki, yeraltı təkanların bu gün yerli vaxtla 14:20-də qeydə alınıb.
Xatırladaq ki, bu gün Türkiyədə yerli vaxtla 12:52-də Dənizlinin Bozkurt rayonunda da 3,9 bal gücündə zəlzələ baş verib. Hər iki təkanlarda dağıntı və ciddi təhlükələrin olmadığı bildirilib.