Türkiyədə zəlzələ olub

Dünya

11.04.2021 - 23:16

Yeraltı təkan yerli əhalidə təşviş yaradıb

 

Türkiyənin Çorum vilayətinin Dodurga rayonunda yerli vaxtla saat 17.06-da 4,2 bal gücündə zəlzələ olub. AYNA xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

 

Bildirilir ki, ətraf bölgələrdə də hiss olunan yeraltı təkan yerli əhalidə təşviş yaradıb.

 

Zəlzələ nəticəsində insan tələfatı yoxdur. Dağıntı və zərərin müəyyən edilməsi üçün araşdırma aparılır.

Müəllif: Ayna.az