Zəlzələ ocağı 10,77 km dərinlikdə yerləşib
Türkiyənin Çorum şəhərində 4,2 bal gücündə zəlzələ olub. AYNA bildirir ki, bu barədə Türkiyənin Fəlakət və Fövqəladə Hallar Departamenti (AFAD) məlumat yayıb.
Yerli vaxtla saat 02:05-də qeydə alınan yeraltı təkanlar Kırıkkale, Yozqat və Kastamonuda da hiss olunub. Zəlzələ ocağı 10,77 km dərinlikdə yerləşib.
Dağıntı və tələfat barədə məlumat daxil olmayıb.