Yaralanan 20 nəfərdən bir neçəsinin vəziyyəti ağır qiymətləndirilib
Türkiyənin Van şəhərində qanunsuz yolla qaçqınları daşıyan mikroavtobus aşıb. AYNA Türkiyə mediasına istinadən bildirir ki, hadisə nəticəsində 12 nəfər ölüb, 20 nəfər yaralanıb.
Ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) əməkdaşları xilasetmə işləri həyata keçiriblər. Yaralılardan bir neçəsinin vəziyyəti ağır qiymətləndirilib.