Türkiyədə yeni təbii qaz yatağı kəşf edilib

Dünya

05.06.2021 - 02:45

Həkimlər Klinikalar SEO Xidməti

Ərdoğan 135 milyard kubmetr həcmində qaz ehtiyatı kəşf etdiklərini açıqlayıb 

 

Türkiyədə yeni təbii qaz yatağı kəşf edilib. AYNA xəbər verir ki, bunu bu gün Zonquldakda Fiyos Limanının açılışında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

 

“Fatih” qazma gəmimiz “Amasra-1” quyusunda 135 milyard kubmetr həcmində qaz ehtiyatı kəşf edib”.

 

Qeyd edək ki, sözügedən gəmi bir müddət əvvəl Qara dənizdə 405 kubmetrlik nəhəng yataq aşkarlamışdı.

 

Xatırladaq ki, “Bloomberg” bundan əvvəl Türkiyənin Qara dənizdə yeni yataq kəşf etdiyini yazmışdı.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş