Türkiyədə təslim olan terrorçuların sayı 100-ə çatıb

Dünya

10.07.2020 - 14:06

Terrorçuluqda şübhəli bilinən 17 nəfər həbs edilib

 

Türkiyənin Şırnak bölgəsində beş terrorçu təhlükəsizlik qüvvələrinə təslim olub. Bu barədə AYNA Türkiyə mediasına istinadən bildirir. Bununla da bu il təslim olan terrorçuların sayı 100-ə çatıb.

 

Bu gün həmçinin, Adanada terrorizmlə mübarizə polisi PKK/KCK terror təşkilatına qarşı genişmiqyaslı əməliyyat keçirib. Saxlanılan 17 şübhəli şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Şübhəlilərin evində axtarış aparılan zaman həbsxanadakı terrorçuların göndərdikləri təlimatlar, terror təşkilatlarına məxsus digər vəsaitlər, o cümlədən “Kalaşnikov” markalı avtomat silah ələ keçirilib.

 

Milli Müdafiə Nazirliyindən bildirilib ki, Suriya ərazisində “Zeytun budağı” antiterror əməliyyatının keçirildiyi bölgədə sabitliyi pozmağa cəhd edən altı nəfərlik PKK/YPG qrupu saxlanılıb.

Müəllif: Ayna.az