Türkiyədə sel qurbanlarının sayı altıya çatıb

Dünya

16.07.2021 - 15:22

İtkin düşmüş iki nəfərin axtarışları davam edir

 

Güclü sel və daşqınlar Türkiyənin Rizə vilayətində ciddi fəsadlar yaradıb. AYNA qardaş ölkə mediasına istinadən bildirir ki, sel nəticəsində ölənlərin sayı altıya çatıb.

 

Bildirilib ki, itkin düşmüş iki nəfərin axtarışları davam edir. Yüzdən artıq sakin isə təxliyə olunub. Aidiyyəti qurumların rəhbərləri təbii fəlakət bölgəsinə səfər ediblər.

 

Rəsmi məlumata görə, güclü yağış və sel bölgədə yolları və körpüləri dağıdıb, elektrik xətlərini zədələyib. Bir sıra kəndlərlə nəqliyyat əlaqəsi kəsilib.

Müəllif: Ayna.az