Türkiyədə prezident seçkilərində Ərdoğan öndədir

Dünya

28.05.2023 - 20:31

Seçki qutularının 92 faizi açılıb

Türkiyədə keçirilən ikinci tur prezident seçkilərinin nəticələri açıqlanır.

AYNA Türkiyə mediasına istinadən xəbər verir ki, səsvermə bülletenlərinin 92,96 faizinin işlənməsinin nəticələrinə görə, hazırkı prezident Rəcəb Tayyib Ərdoğan 52,50 faiz səs qazanıb.

“Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu isə 47,50 faiz səs toplayıb.

Müəllif: Ayna.az