Türkiyədə PKK-ya qarşı əməliyyat zamanı 22 nəfər saxlanılıb

Dünya

30.05.2023 - 00:42

PKK terror təşkilatına qarşı irimiqyaslı əməliyyata başlanılıb

Türkiyənin Şırnak əyalətində PKK terror təşkilatına qarşı əməliyyat zamanı 22 nəfər saxlanılıb.

Bu barədə AYNA “Haber Global”a istinadən xəbər verir.

Qeyd edilir ki, əyalətin təhlükəsizlik orqanı PKK terror təşkilatına qarşı irimiqyaslı əməliyyata başlayıb.

Əməliyyat zamanı 22 nəfər saxlanılıb. Onlardan 4-ü şübhəli şəxs qismində həbs edilib, digərləri sərbəst buraxılıb.

Müəllif: Ayna.az