Türkiyədə məktəblərin açılacağı tarix məlum olub

Dünya

13.08.2020 - 04:04

Ziya Selçuk: “Sentyabrın 21-də tədricən üz-üzə təhsilə başlanılacaq”

 

Türkiyədə məktəblər avqustun 31-də açılacaq, dərslər distant keçiriləcək.

 

AYNA “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Təhsil naziri Ziya Selçuk bildirib.

 

“Sentyabrın 21-də Elmi Şura tərəfindən tövsiyə olunan siniflərdə tədricən üz-üzə təhsilə başlanılacaq”, - deyə o əlavə edib.

 

Selçuk onu da qeyd edib ki, özəl məktəblər təhsil fəaliyyətinə avqustun 17-dən distant təhsil vasitələri ilə başlaya bilərlər.

Müəllif: Ayna.az