Ölkədə COVID-19-dan ölənlərin sayı 25 736 nəfərə çatıb
Türkiyədə son sutka ərzində koronavirusdan 131 nəfər dünyasını dəyişib, 664-ü simptomatik olmaqla 6912 pasiyent COVID-19 xəstəsi kimi qeydiyyata alınıb.
AYNA xəbər verir ki, bununla da ölkədə COVID-19-dan ölənlərin sayı 25736-ya, bu virusa yoluxanların sayı isə 2,464,030-a çatıb.
Ümumilikdə 29 milyondan çox insan test olunub.
