Türkiyədə koronavirusla bağlı son statistika

Dünya

05.05.2020 - 20:32

Türkiyədə koronavirusdan ölənlərin sayı artıb 

 

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) bu gün daha  59 nəfər ölüb.

 

AYNA-nın xəbərinə görə, bunu Səhiyyə naziri Fəxrəddin Qoca "Twitter" səhifəsində paylaşıb. Nazir qeyd edib ki, son 24 saatda 33283 şübhəli koronavirus testindən keçib, onlardan 1832-nin cavabı pozitiv çıxıb.

 

Türkiyədə yeni növ koronavirusdan indiyədək 3520 nəfər ölüb, 129491  nəfər bu infeksiyaya yoluxub, 73285 nəfəri isə müalicə olunub. Bu gün 5119 xəstə evə buraxılıb.

Müəllif: Ayna.az