Türkiyədə koronavirusdan ölənlərin sayı artıb

Dünya

27.04.2020 - 23:20

cedabet dərman SEO Xidməti

Türkiyədə koronavirusdan ölənlərin sayı 2 900-ə çatıb

 

"Türkiyədə son sutkada daha 95 nəfər pandemiyanın qurbanı olub”.

 

AYNA-nın məlumatına görə, bunu ölkənin səhiyyə naziri Fahrettin Koca deyib.

 

Onun sözlərinə görə, Türkiyədə koronavirusdan ölənlərin ümumi sayı 2 900 nəfərə çatıb.

 

Nazir həmçinin daha 2 131 nəfərə koronavirus diaqnozu qoyulduğunu və beləliklə, infeksiya daşıyıcılarının sayının 112 261-ə yüksəldiyini bildirib.

 

F.Koca Türkiyədə indiyədək 33 791 nəfərin koronavirusdan sağalaraq xəstəxanalardan evə buraxıldığını da vurğulayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş