Türkiyədə koronavirusdan ölənlərin sayı 4500 nəfəri ötüb

Dünya

30.05.2020 - 23:35

Türkiyədə koronavirusla bağlı son vəziyyət açıqlanıb

 

Bu gün Türkiyədə koronavirusdan daha 26 nəfər vəfat edib.

 

AYNA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca bildirib.

 

O, qeyd edib ki, bununla da ölkədə COVID-19-dan ölənlərin sayı 4 515 nəfərə çatıb. 

 

Nazirin sözlərinə görə, son sutka ərzində 1 021 nəfər koronavirusdan sağalıb. Beləliklə, ölkədə COVID-19-dan sağalanların sayı 126 984 nəfərə çatıb.

 

Son bir gündə təhlükəli virusa daha 983 yoluxma qeydə alınıb. Bununla da koronavirusa yoluxanların ümumi sayı 163 103 nəfərə yüksəlib.

Müəllif: Ayna.az