Türkiyədə koronavirusdan daha 21 nəfər ölüb

Dünya

04.06.2020 - 22:50

Türkiyədə koronavirusla bağlı son vəziyyət açıqlanıb 

 

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) bu gün daha 21 nəfər ölüb.

 

AYNA-nın xəbərinə görə, bunu Səhiyyə naziri Fəxrəddin Qoca "Twitter" səhifəsində paylaşıb. 

 

Nazir qeyd edib ki, son 24 saatda 54234 şübhəli koronavirus testindən keçib, onlardan 988-nin  cavabı pozitiv çıxıb.

 

Türkiyədə yeni növ koronavirusdan indiyədək 4630 nəfər ölüb, 167410 nəfər bu infeksiyaya yoluxub, 131778 nəfəri isə müalicə olunub. 

 

Bu gün 926 xəstə evə buraxılıb.

Müəllif: Ayna.az